"Polat Alemdar"ın ən güclü 10 düşməni

MAQAZİN
14:47 / 04.09.2024
448

Türkiyənin əfsanəvi seriallarından "Kurtlar Vadisi" illər keçsə də unudulmur.

13 il boyunca ekranlarda olan layihədə bir çox ulduz rol aldı. Sevilən serialdan çox sayda əsas obrazlar gəldi-keçdi. "Kurtlar Vadisi" və "Kurtlar Vadisi Pusu"dakı obrazlar həddindən artıq sevilirdi. Həmin sevgi bu gün belə davam edir. Hətta ekran işinin mənfi qəhrəmanlarının da böyük izləyici kütləsi var idi. 

Biz də bu gün "Polat Alemdar"ın ən unudulmaz düşmənlərini xatırlayacağıq.

Hit.az sözügedən siyahını təqdim edir:

1. "İskəndər Böyük" 
Təcrübəli sənətçi Musa Uzunların həyat verdiyi "İskəndər Böyük" obrazı "Polat Alemdar"ın ən unudulmaz düşmənləri siyahısının ilk sırasında yer alır. O, "Polat Alemdar"a ən böyük zərbələri vuran düşmən kimi yaddaşlarda qalıb. Həmin obrazı "Kurtlar Vadisi Pusu"nun 25-93 bölümlərində izlədik. 

2. "Ərsoy Ulubəy" 
Sevilən aktyor Ümit Acar tərəfindən 104-128 bölümlərdə canlandırılan "Ərsoy Ulubəy" qısa zamanda çox sevildi. O, sadəcə bir mövsüm ekran işində rol alsa da, əfsanəvi obrazlardan birinə çevrilməyə nail oldu. 

3. "Psixopat Poyraz"
Məşhur aktyor Yıldırım Memişoğlunun ifa etdiyi "Poyraz" obrazı da "Kurtlar Vadisi Pusu"da ən güclü düşmənlərdən biri olub. Onun "irite oldum" sözü bu gün də dillər əzbəridir. "Poyraz" layihənin 185-209-cu bölümlərində izləyicilər tərəfindən maraqla izlənildi.

4. "Pala" 
"Kurtlar Vadisi"nin 51-64-cü bölümlərində qarşımıza çıxan "Pala" obrazı da serialın əfsanələrindən biridir. Yüksel Arıcının canlandırdığı obraz izləyicilərin yaddaşına həkk olundu. "Pala"nı sadəcə 14 bölüm ərzində izləsək də, fenomenə çevrildi. 

5. "Aron Feller"
Məşhur aktyor Osman Soykutun "Kurtlar Vadisi Pusu"nun 64-131-ci bölümlərində həyat verdiyi "Aron Feller" obrazı da "Polat Alemdar"ın ən uzun müddət yaşayan düşmənlərindən biri olub. 

6. "Cevat Akarsu" 
Məşhur aktyor Şekip Taşpınar tərəfindən 59-75-ci bölümlərdə canlandırılan mənfi rol da qısa zamanda diqqət mərkəzinə düşə bildi. 

7. "Tilki Andrey" 
Orhan Edip Ertürk tərəfindən "Kurtlar Vadisi"ndə 82-86-cı bölümlərdə canlandırılan "Tilki Andrey" obrazı da bir dönəmə damğa vurmuşdu. Sözügedən xarakter o qədər sevilmişdi ki, illər sonra onu "Kurtlar Vadisi Pusu"nun da 234-298-ci bölümlərində izlədik. 

8. "Raskoln" 
Məşhur aktyor Selahettin Belin həyat verdiyi "Raskoln" obrazı da kifayət qədər populyar olmuşdu. Onu 213-297-ci bölümlərdə "Kurtlar Vadisi Pusu"da izləmişdik. 

9. "Riçard Kayn" 
Sevilən aktyor Erdinç Gülənər tərəfindən həyat verilən "Riçard Kayn" obrazı da "Polat Alemdar"ın əcnəbi düşmənləri sırasındadır. O, 204-220-ci bölümlərdə layihədə rol alıb. 

10. "Gölge" 
"Gölge" isə "Kurtlar Vadisi Pusu"nun son mövsümündə məşhur aktyor Ertan Saban tərəfindən 264-300-cü bölümlərdə canlandırılan düşmən obrazdır.

Pərviz Şimşək

0