"İlhamə də, Elza da mənə qarşı səhv etmişdi"

MAQAZİN
13:25 / 10.09.2024
570

Xalq artisti Nazpəri Dostəliyeva illər əvvəl həmkarları mərhum Xalq artisti İlhamə Quliyeva və Əməkdar artist Elza Seyidcahanla aralarında yaşadığı qalmaqaldan söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.

Aparıcı Zaur Nəbioğlunun “Hansı xanımla yaşadığınız qalmaqala görə məyus olmusunuz?” sualına Dostəliyeva belə cavab verib:

“Elza bir səhv etmişdi. O etdiyi səhvi boynuna aldı. Dedi ki, “Mən bir səhv etmişəm”. Elza bizə qonaq gəlib, təsdiq etdi ki, əsəbiləşdim və buna görə də yalnış sözlər söylədim. Çünki bu aydın məsələdir ki, onun işlətdiyi bu sözlər yalnış idi. Həmin hadisə verilişdə baş verəndə də mən bununla bağlı ona heç bir cavab da vermədim, susdum və getdim. Bizim münasibətimiz davam edir”.

Nazpəri bildirib ki, onunla düşmənçilik edən İ.Quliyevanı bağışlayıb:

“İlhamə Quliyevanın mənə qarşı çox böyük səhvi vardı. Bəli, o səhv etmişdir. Səhv elədi və sonunda məndən halallıq istədi. Allah ona rəhmət eləsin. Günü bu gündə ona deyirəm ki, Allah sizə rəhmət eləsin İlhamə xanım. Allah onun günahlarını bağışlasın. Mən haqqımı İlhamə Quliyevaya halal edirəm. O bu gün Allahın dərgahındadır. Mənim onun günhalarını bağışlamamağa ixtiyarım yoxdur. Ən azından Allahın xətrinə... Mən çox əziyyətlər çəkdim. Amma İlhamə xanımın mənə dedikləri sözlərə heç zaman cavab vermədim. Sadəcə olaraq onun ətrafındaki insanlar ki var, onları tanıdım”.

0