Final edib yenidən başlayan seriallar - SİYAHI

MAQAZİN
16:44 / 11.09.2024
323

Bəzi seriallar izləyicilər tərəfindən həddindən çox sevilir. 

O qədər sevilən ekran işləri olur ki, onların bitməməsi istənilir. Lakin hər layihə bir gün bitir. Buna baxmayaraq, böyük izləyici kütləsinə sahib olan seriallar bitsə də, unudulmur. Əksinə, tamaşaçılar həmin ekran işlərinin yenidən başlamasını istəyirlər. 

Bəzi seriallar da izləyicilərin bu marağına görə final etməsinə rəğmən yenidən başlayır. Xüsusilə qardaş Türkiyədə final bölümü yayımlanmasına rəğmən yenidən başlayan bir çox serial var. Bu gün onlara nəzər salacağıq. 

Hit.az final etdikdən sonra yenidən başlayan türk seriallarının bir neçəsini təqdim edir:

1. "Sihirli Annem" 
"Sihirli Annem" 2003-2012-ci illərdə "Kanal D" və "Star" telekanallarında yayımlanmış uşaqlar üçün çəkilmiş serial idi. Lakin serial final etməsindən üzərindən 9 il keçdikdən sonra yenidən başladı. Acun Ilıcalının sahibi olduğu "Exxen" platforması tamamilə fərqli aktyor-aktrisa heyəti ilə serialı yenidən çəkdi. İki mövsüm davam edən layihə 30 bölüm yayımlandı və 2022-ci ildə başa çatdı. 

2. "Leyla ile Mecnun" 
Əfsanəvi serial 2011-2013-cü illərdə "TRT1"-də yayımlandı. Finalı olmadan bitirilən layihə 8 il sonra yenidən başladı. Sevilən serial 2021-ci ildə eyni oyunçulara "Exxen"də yayımlanmağa başladı. Burada 4 mövsüm yayımlanan "Leyla ile Mecnun" 40 bölümün ardından 2023-cü ildə final etdi.  

3. "Çocuklar Duymasın" 
2002-2009-cu illərdə yayımlanan serial bir neçə dəfə final etməsinə rəğmən yenidən başlayıb və 464 bölüm davam edib. Ekran işi "TGRT", "ATV", "Star", "FOX" və "Kanal D" telekanallarında yayımlanıb. 

4. "Zengin Kız Fakir Oğlan"
2012-ci ildə "TRT1"-də yayımlanmağa başlayan ekran işi 2015-ci ildə final etdi. Lakin elə həmin ilin avqust ayında "FOX" telekanalında yenidən 1-ci bölümdən yayım həyatına başladı. Lakin bu macəra qısa çəkdi və 6 bölüm sonra yenidən final etdi. 

5. "Behzat Ç" 
2010-2013-cü illərdə "Star" telekanalında yayımlanıb. Çox sevilən serial bitəndən 6 il sonra "Blu TV" platformasına yenidən başlayıb və qısa müddət davam edib. 

Pərviz

0