Verilişi bağlanan Amil Xəlilin yeni işi

MAQAZİN
16:56 / 13.09.2024
239

Xəbər verdiyimiz kimi, aparıcı Amil Xəlilin "Gəl danış" verilişinin yayımı dayandırılıb. 

Axşam.az-ın məlumatına görə, aparıcı yeni layihəsinin adını açıqlayıb. 

Amil bildirib ki, səhər verilişi ilə tamaşaçıların qarşısına çıxacaq. "Space TV"də efirə gedəcək "Xəbər adamı" həftə içi beş gün yayımlanacaq. 

Qeyd edək ki, Amil eyni zamanda "Xəbərsiz" və "Xoş gəldim" proqramlarına da aparıcılıq edir. 

0