“S.O.S” ölkə üzrə liderdir, Türkiyədə pleylistlərdədir

MAQAZİN
23:55 / 11.10.2024
45

Xalq artisti Aygün Kazımovanın hit olan “S.O.S” mahnısı daha bir neçə uğura imza atıb.

“Apple Music"in təqdim etdiyi "TOP 100: Azərbaycan" pleylistində ilk 10-luqda yalnız 2 yerli mahnı yer almaqdadır. Hər iki mahnı A.Kazımovaya məxsusdur.

Bunlar uzun müddətdir ki, pleylistin top mahnısı olan "S.O.S" və yayımlandığı ilk həftədən 10-luqdan çıxmayan "Bilmək olmaz"dır.

Bəstə eyni zamanda bu günlərdə yenidən Türkiyə pleylistlərinə düşüb. Belə ki, “S.O.S” Türkiyənin “Casino” və global “Future hits” pleylistlərinə daxil edilib. 

Qeyd edlk ki, “S.O.S” və “Bilmək olmaz”ın klipləri Türkiyədə lentə alınıb.//Axşam.az

0