Mustafa və Melis ayrılıb?

MAQAZİN
21:56 / 26.10.2024
39

Türkiyəli məşhur müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupdan ayrıldığı iddia edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl Londona gedən Sandalla Sütşurup arasında şiddətli mübahisə yaşandığı və müğənninin Türkiyəyə tək qayıtdığı bildirilir.

Məsələ ilə bağlı tərəflər açıqlama verməsə də, Melis Sütşurup sosial media hesabından “Sandal” soyadını silib, birlikdə çəkilən bütün fotoları sildiyi zaman isə ayrılıq iddiaları güclənib. Mustafa Sandal isə həyat yoldaşı ilə olan fotolarını sosial media hesabından silməyib.

Qeyd edək ki, cütlük iki il öncə ailə qurub.

0