ARB TV-nin "Həmin Zaur" verilişinə qonaq olan İlkin Əhmədov müğənni Nəfəsdən danışıb: "Çox yaxşı xanımdır. Elə təsəvvür etmirdim, gözəl səsi varmış. Söz verdi ki, yaxşı mahnılar öyrənəcək, biləsiniz. Artıq o mahnılara əlvida deyəcək. İstedadı ona imkan verir. Bacısı Fatimənin də gözəl səsi var".
Müğənni eyni zamanda efirdə yersiz sürprizi sevmədiyini də qeyd edib: "Edənlər cəzasını aldılar, çəkinmədən deyirəm. Sürprizi evdə, dostlar əhatəsində xoşlayıram. Mənim xəbərim olmadan efirdə yersiz sürprizi sevmirəm. Bunu mənəviyyatı, ləyaqəti olan kimsə xoşlamaz və qəbul etməz."
Daha ətraflı videosujetdə: