"Hal-hazırda heç bir layihədə yoxam. İstirahət edirəm".
Bu sözləri tanınmış aktrisa Leyla Babayeva Hit.az-a açıqlamasında deyib.
Lakin o, tezliklə yeni obrazla tamaşaçıların qarşısına çıxacağını söyləyib:
"Bir müddət əvvəl "Günahsız günahkar" serialında rol almağa başladım. Layihədə "Həcər" obrazını canlandıracağam. Sadəcə hazırda ekran işinin çəkilişlərinə fasilə verilib. Lakin tezliklə "ARB" telekanalında yayımlanacaq. Həftəiçi 4 gün "ARB"-də 20:30-da yayımlanacaq".
Aktrisa bəzi məşhurlardan fərqli olaraq əlavə biznesinin olmadığını bildirib:
"Amma bəzən sosial şəbəkə hesablarımda reklam paylaşımları edirəm. Yəni əməkdaşlıq etdiyim mağazalar və ya salonlar olur. Həm onların siması oluram, həm də reklamlarında səsim istifadə olunur. Çünki dublyajla da məşğulam".
Leyla Babayeva aparıcı və ya müğənni ola biləcəyini də istisna etməyib:
"Əslində, diksiyama görə proqramlara və toylara aparıcı kimi çox dəvət alıram. Düşünürəm ki, hansısa tədbirin və ya toy proqramının aparıcısı ola bilərəm.
Həmçinin, səsim də çox gözəldir. Bir zamanlar ifaçılıqla da məşğul olmuşam. İndi niyə də davam etdirməyim? Həyatda hər şey ola bilər".
Pərviz Şimşək