Hollivud aktrisası və müğənni Cennifer Lopes kiçik bikinidə və tüklü çəkmələrlə çəkilən fotosu səbəbilə tənqid edilib.
HİT.az xəbər verir ki, şərhlər "Daily Mail" saytında yerləşdirilib.
55 yaşlı Cennifer Lopes "Instagram"da qara kiçik bikinidə çəkilmiş fotosunu paylaşıb. Müğənni şəkli tüklü çəkmələr, kovboy stilində şapka və qızıl boyunbağı ilə tamamlayıb. Aktrisa saçlarını baş geyimi altına toplayıb. Foto məşhurun Aspendəki dağ xizək kurortundakı istirahəti zamanı çəkilib.
"Daily Mail" oxucuları Cennifer Lopesi sərt şəkildə tənqid ediblər.
"Sadəcə utandırıcıdır. 55 yaşında hələ də bu cür davranır", "O, geyimlə daha yaxşı görünür", "Çox kədərli və narahat edicidir", "Şübhəsiz ki, o, özünün əsas pərəstişkarıdır", deyə internet istifadəçiləri şərhlərdə yazıblar.
Dekabrın sonlarında Cennifer Lopes Hollivud aktyoru Kevin Kostner ilə eşq yaşadığına dair şayiələrə səbəb olub. Paparatsilər müğənni və aktyoru Aspendəki Kemo Sabe adlı qərb stilində geyim mağazasında görüb. Ulduzlar içki içib, danışıb və məhsulları incələyiblər. Cennifer Lopes qara, yüksək yaxalı sviter və ağ tikmə ilə, "Chanel" sırğalarla görünüb. Aktyor isə tünd cins gödəkçə geyinib, açıq rəngdə şarf bağlayıb.
Samir