Aktrisa Ancelina Coli Bred Pittdən boşanaraq varlanmağa çalışmaqda ittiham olunub.
Hit.az xəbər verir ki, bu barədə “Radar Online” məlumat yayıb.
"O, Bredi cəzalandırmaq istədi və səkkiz il boşanma qərarını yubatdı ki, Pit onun istədiyi məbləğ üçün çek yazsın. O, bu boşanmadan əvvəlkindən qat-qat zəngin çıxdı”, deyə nəşrin mənbəsi bildirib.
Mənbə həmçinin əlavə edib ki, aktrisa keçmiş ərini emosional olaraq əzab çəkməyə və özü üçün çox milyard dollarlıq ödəniş təmin etməyə çalışıb.
Dekabrın 31-də "People" jurnalı Ancelina Coli və Bred Pitin boşanmalarını yekunlaşdırmaq üçün razılığa gəldiyini yazıb. Jurnalistlərin sözlərinə görə, aktyorlar dekabrın 30-da boşanma sənədləri imzalayıblar. Colinin vəkili Ceyms Saymonun sözlərinə görə, bu, səkkiz il əvvəl başlayan uzunmüddətli hüquqi prosesin yalnız bir hissəsidir. O, aktrisanın "yorğun olduğunu, lakin bu hissənin bitməsinə sevindiyini" əlavə edib. Pitin vəkili boşanma ilə bağlı şərh verməkdən imtina edib.
Samir