"2 həftə ərzində yeni seriala çəkilməyə başladım".
Bu sözləri məşhur aktrisa Gülmira Fərzəliyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, 2 həftə əvvəl yeni serial təklifi alıb:
"Söhbət "ATV"də yayımlanan "Əlvida xoşbəxtlik" serialından gedir. Ekran işinin rejissorunun köməkçisi mənə "Fidan" obrazını təklif etdi. Təklifi qəbul etdim və bir həftə əvvəl çəkilişlərə başladıq".
Aktrisa obrazı barədə isə bunları deyib:
"Mənim obrazım çox mənfidir. Yəqin ki, tamaşaçılar kəskin tənqid edəcəklər. Lakin bunun olması rolun öhdəsindən məharətlə gələrək, tamaşaçılarda qıcıq yarada bildiyimi göstərəcək".
Gülmira Fərzəliyeva serial barədə də məlumat verib:
"Bu serial həftədə 4 dəfə efirə gedir. Gündəlik reytinqli serialdır. Lakin mən çəkildiyim bölümlər martda yayımlanacaq. Həmçinin, "ARB" telekanalında yayımlanan "Kəndimizin Monikası" adlı serialda da rol alıram. Yəni hazırda 2 serialda çəkilirəm".
Pərviz Şimşək