Elnarə Abdullayevanın adından dələduzluq

MAQAZİN
14:40 / 12.02.2025
61

Əməkdar artist Elnarə Abdullayevanın adından dələduzluq edilib.

Axşam.az xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. O bildirib ki, tanımadığı şəxs dostlarına zəng edərək, onun adından pul istəyir:

"Son zamanlar dələduzluq halları ilə rastlaşdığımız hamıya məlumdur. Bəzi dələduzlar əhatəmdə olan dost, tanışlara zəng edib adımdan pul istəyir. Bu tip məlumatlara qətiyyən inanmayın və pul göndərməyin. Şikayət edilib və adiyyatı üzrə iş nəzarətə götürülüb".

Qeyd edək ki, Əməkdar artistlər Sənubər İsgəndərli, Fərqanə Qasımova, rəqqasələr Rəna Ağamuradova (Renka), Fatimə Fətəliyeva, aparıclar Mətanət Əliverdiyeva, İlkin Həsəni, Tarix Əliyev (Tolik), müğənni Kamilə Nəbiyeva, keçmiş "Dəyirman" qrupunun solisti ABD Malik, aktrisa Pərvin Abıyevanın da başına bənzər hadisə gəlib.

0