"Zara"da qalmaqal: Qadına 20 min təzminat veriləcək - FOTO

MAQAZİN
19:51 / 14.02.2025
243

Bir qadın mağaza işçiləri paltar yoxlama otağının pərdəsini onun paltar dəyişdiyi zaman çəkdikləri üçün 20 min avro məbləğində kompensasiya qazanıb.

HİT.az "Metro"ya istinadən xəbər verir ki, bu hadisə Dublinin ən böyük "Zara" mağazasında baş verib.

"TikTok"da paltar yoxlama videoları ilə tanınan Kristal Coyc bildirib ki, mağaza işçiləri və təhlükəsizlik işçiləri onun şəxsi məkanına müdaxilə ediblər. Onun sözlərinə görə, təhlükəsizlik işçisi paltar yoxlama otağının pərdəsini onun qismən geyindiyi zaman çəkib, sonra isə satıcılar ou oğurluqda ittiam edərək sorğu-sual etməyə başlayıblar.

"Mən şoka düşmüş və kədərlənmişdim. Digər alıcıların qarşısında məni sorğu-sual etdilər, bu isə alçaldıcı idi", deyə o bildirib.

İşə baxan hakim Roderik Maquayr Kristalın ifadələrinin "dürüst və açıq" olduğunu qeyd edib. O, həmçinin mağaza işçiləri tərəfindən tərtib edilmiş hadisə ilə bağlı qeyddəki "aşkar uyğunsuzluqlara" diqqət çəkib ki, bu da onların versiyasına şübhə doğurub.

Məhkəmə qeyd edib ki, Coyc ictimai şəxs olduğu üçün aktiv şəkildə sosial şəbəkələrdən istifadə edir və bu səbəbdən onun reputasiyası və emosional vəziyyəti baş verən hadisədən ciddi şəkildə təsirlənib. Nəticədə hakim qərar verib ki, satıcıların və təhlükəsizlik işçilərinin hərəkətləri qadına qarşı böhtan idi və Kristala 20 min avro məbləğində kompensasiya təyin edib.

Samir

0