Cessika Simpson 10 illik evliliyindən sonra boşandığı əri haqqında: "Həyatımın vacib hissəsidir"

MAQAZİN
16:56 / 20.02.2025
98

Müğənni Cessika Simpson 10 illik evliliyindən sonra boşandığı əri Erik Consonla bağlı açıqlama verib.

Hit.az bu barədə "People" nəşrinə istinadən xəbər verir.

44 yaşlı Cessika Simpson keçmiş NFL futbolçusu ilə dostluq münasibəti saxladığını və ayrılığa baxmayaraq onunla əlaqə saxladığını etiraf edib.

“Mən çox şeyin öhdəsindən gələ bilərəm. Bəlkə də mənim qismətim çoxlu insanı sevməkdir. Ürəyim niyə belə döyünür bilmirəm, amma özümü xoşbəxt hesab edirəm. Ən azından mənim uşaqlarım və Erik var. O, hələ də həyatımın vacib hissəsidir və həmişə belə olacaq”, deyə müğənni bildirib.

Yanvarın 14-də Cessika Simpson Erik Consondan boşandığını açıqlayıb. Məşhurlar ayrılığın səbəbini açıqlamayıblar.

Müğənni ilə idmançı 4 illik görüşdən sonra 2014-cü ilin iyulunda evləniblər. Cütlük ilk dəfə 2010-cu ildə tanış olub və həmin ilin noyabrında nişanlanıb. Onların birliyindən dörd uşaq dünyaya gəlib.

Samir

0