Müğənni və aktrisa Selena Qomez ifrat dərəcədə arıqlamağının səbəbini açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Selena Qomez dəyişən fiziki görünüşünü 23 fevralda Hollivudda keçirilən ABŞ Kino Aktyorları Gildiyasının mükafat mərasimində nümayiş etdirib. Fanatlar məşhurun dəyişimindən şoka düşərək, onun məşhur "Ozempik" preparatı vasitəsilə çəki itirdiyini güman edibıər. Lakin pop müğənni bildirib ki, onun çəkisi sistematik lupus və SIBO adlanan bağırsaq xəstəliyi üçün qəbul etdiyi dərmanlara görə qeyri-sabitdir.
"Bu məni xəstə edir. Mənim kiçik bağırsağımda SIBO var. Bu, kəskinləşməyə səbəb olur... Mənim belə bir bədənim yoxdur. Hekayənin sonu. Xeyr, mən qurban deyiləm. Mən sadəcə bir insanam", deyə Selena Qomez "TikTok"da fiziki görünüşü ilə bağlı müzakirə olunan video altında yazıb.
Bundan əvvəl Selena Qomez Londonda keçirilən Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafat mərasiminə qonaq olub. Aktrisa fotoqraflar qarşısında qara bədxam üstlü və dekolte gümüşü maksı paltarda poz verib. Məşhurun geyimi strass və parlaq parçalarla bəzədilib.
Samir