Keçmiş həyat yoldaşı ilə yenidən birlikdə olmaq istəyir

MAQAZİN
21:18 / 05.03.2025
77

Hollivud aktyoru Ben Afflek keçmiş həyat yoldaşı, aktrisa Cennifer Qarnerlə münasibətlərini yeniləmək istəyir. 

HİT.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.

Ulduzlara yaxın bir mənbə bildirib ki, Ben Afflek Cennifer Qarnerlə daha bir şans əldə etmək istər, lakin o, bunun hazırda mümkün olmadığını başa düşür, çünki aktrisa Con Miller ilə münasibətdədir. 

Nəşrin mənbəsinin sözlərinə görə, aktyor həm də işlə çox məşğuldur və Cennifer Lopesdən boşandıqdan sonra diqqətini həyatının bu yeni fəslinə cəmləyib.

İkinci bir mənbə Cennifer Qarnerin Ben Affleklə yenidən birlikdə olmaq istəmədiyini iddia edib.

"Onun tərəfində hisslər qarşılıqlı deyil. O, Condan razıdır, bu, onun düşündüyü bir şey deyil", deyə mənbə qeyd edib.

Avqustun 20-də mediada Cennifer Lopezin Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət etdiyi barədə məlumat yayılıb. Sənətçi sənədlərini vəkilsiz Los-Anceles Ali Məhkəməsinə təqdim edib. Hollivud aktyorundan ayrılıq tarixi 26 aprel 2024-cü ildir.

Dekabrın əvvəlində "Hindustan Times" yazıb ki, Ben Afflek 2005-2018-ci illərdə evli olduğu keçmiş həyat yoldaşı Cennifer Qarnerdən ona sevgili tapmasını xahiş edib.

Samir

0