Namiq Qaraçuxurludan şou-bizneslə bağlı ŞOK AÇIQLAMALAR

MAQAZİN
11:03 / 22.04.2025
99

Meyxanaçı Namiq Qaraçuxurlu açıqlaması ilə müzakirələrə səbəb olub. 

BAKU.WS xəbər verir ki, o "İncə səhər" verilişinə müsahibəsində şou-biznesin sadəcə yalandan ibarət olduğunu qeyd edib. 

Baş rolda oynayanları isə "Yalançı" adalndırıb:

"Şou-biznes əslində filmdir. Şou-biznesdə doğru nə var ki?! Açığı baş rolda olanlar da yalançıdırlar. Bəli onlar daha çox yalançıdırlar. Biləsiniz ki, şou-biznesdə yalançılıq istedad sayılır. Burada baş verənlər filmdir,  həqiqət deyil. Hamımız bilirik ki, bunun arxasında başqa şeylər var. Ona görə şou-biznes haqqında film çəkməyə ehtiyac yoxdur".

Qaraçuxurlunun bu açıqlaması sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. 

 

0