Harri və Markl uşaqları ilə birlikdə Britaniyaya qayıtmaq istəyir

MAQAZİN
22:36 / 24.04.2025
46

Şahzadə Harri və Meqan Markl uşaqları ilə birlikdə Böyük Britaniyaya uçmaq istəyirlər. 

HİT.az xəbər verir ki, bu barədə “Life&Style” cütlüyə yaxın olan insayderə istinadən məlumat yayıb.

"Harri hələ də övladlarının Böyük Britaniyaya səyahət edə bilməsi üçün təhlükəsizlik məsələlərini həll etməyə çalışır. O və Meqan həqiqətən vətəndə bir müddət vaxt keçirmək istəyirlər", deyə mənbə nəşrə bildirib.

İnsayder qeyd edib ki, cütlük "kral ailəsinin sərt həyat tərzi" üçün darıxmır, lakin qohumları və Britaniya ilə sıx əlaqələrin olmamasından təəssüflənirlər. Mənbə əlavə edib ki, şahzadə Harri və Meqan Markl yavaş-yavaş, lakin əminliklə ailələrinə qovuşmaq üçün çalışırlar.

"Keyt Middleton barışmağa hazırdır, lakin Harri ilə inam problemi olduğu üçün Uilyam hələlik geri çəkilir. Uilyam hələ də qardaşının motivlərinə şübhə edir. Kraliça Kamilla da barışığa hazır deyil", deyə mənbə yekunlaşdırıb.

Samir
 

0