Geyimdə kobud səhv sayılan və sosial şəbəkələrdə haqqında yüzlərlə mem paylaşılan corabla səndəl geyinmək bu yayın trendinə çevrilə bilər. Məşhurlar artıq bu “cütlüyü” gündəlik obrazlarına daxil ediblər.
“Vogue” saytının məlumatına görə, tendensiya tanınmış dizaynerlərin yaz-yay kolleksiyalarına görə məşhur olub.
Belə ki, Salvatore Ferragamo moda nümayişində modellər donda, dəri səndəllərdə və ağ corablarda olublar.
oxu.az