Aybəniz Haşımovadan oğurlanmış pullar geri qaytarıldı

MAQAZİN
15:24 / 29.04.2025
64

Tanınmış bloger Aynişan Quliyevanın adından dələduzluq edən şəxslər tapılıb. 

HİT.az xəbər verir ki, bu haqda Aynişan özü məlumat yayıb.

O bildirib ki, onun adından anasından alınan pul geri qaytarılıb:

"Bu gün çox sevincli bir xəbər aldıq. Mənim adımdan istifadə edərək anamdan pul istəyib oğurlamışdılar. Polis həmin qrup oğruları tapdı və bu gün pulumuz geri qaytarıldı".

Xatırladaq ki, Aynişan Quliyeva bir neçə gün əvvəl dələduzların qurbanı olduğunu və onun adından tanışlarından pul yığıldığını açıqlamışdı.

0