"Playboy" modeli işsizlik səbəbindən evsiz qaldı

MAQAZİN
23:52 / 16.05.2025
41

Britaniyalı 42 yaşlı model Lui̇za Qlover bir zamanlar "Playboy" jurnalında çəkilən tanınmış sima olub, hazırda işsiz qaldığı üçün çadırda yaşamağa məcburdur. 

HİT.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Model etiraf edib ki, iş axtarmağa çalışsa da, bu çox çətindir. Hazırda o, insanlardan kütləvi maliyyələşdirmə (kraudfandinq) platformasında ianə toplayaraq çadırdan 9000 funt-sterlinq dəyərində bir qayıqda yaşamağa keçmək istəyir.

"Kiçik bir kajutlu qayıq almaq və orada yaşamaq üçün kifayət qədər pul toplamağa çalışıram", deyə Qlover bildirib.

O vurğulayıb ki, bu cür qayıq dayanıqlı, əlçatan və uzunmüddətli yaşayış üçün real bir həll ola bilər.

Nəşrin yazdığına görə, Lui̇za Qlover modellik fəaliyyətini tərk edərək şəxsi fitnes məşqçisi kimi çalışmaq qərarına gəlib. Karyerasının zirvəsində o, "Playboy"un qurucusu Hyu Hefnerin malikanəsində yaşayır və gündəlik yüzlərlə funt-sterlinq qazanıb.

Samir

0