Britni Spirs keçmiş ərinin yeni münasibətinə qəzəblənib

MAQAZİN
20:39 / 27.05.2025
44

Müğənni Britni Spirs keçmiş əri, fitnes məşqçisi Sem Asqarinin yeni sevgi münasibətinə qəzəblənib. 

HİT.az xəbər verir ki, bu barədə “Radar Online” nəşri məlumat yayıb.

Ulduzla yaxından tanış olan bir insayder bildirib ki, Britni Spirs Sem Asqarinin indi daşınmaz əmlak agenti Bruk İrvinlə görüşməsi faktını bəyənməyib. Müğənni keçmiş ərindən boşandıqdan sonra yeni həyata tez uyğunlaşdığına görə qəzəblənib. Tabloidin mənbəsinin sözlərinə görə, sənətçinin fitnes məşqçisinə qarşı hələ də hissləri var.

"Britni Semin ondan əvvəl yeni münasibətə başlamasına üzüldü. Onun indi ciddi münasibətdə olması onun üçün ağır sınaq olub, çünki hələ də ona qarşı hissləri var. Onu başqa qadınla görmək asan deyil", deyə insayder bildirib.

9 iyun 2022-ci ildə Britni Spirs və fitness məşqçisi Sem Asqeri evlənib. 2022-ci ilin aprelində müğənni hamilə olduğunu açıqlasa da, bir ay sonra uşağı itirdiyini etiraf edib. 16 avqust 2023-cü ildə sevgililərin ayrıldığı barədə məlumat ortaya çıxıb. Boşanma prosesi 2024-cü ildə başa çatıb.

Asqeri ilə evliliyi müğənninin üçüncü evliliyi olub. O, 2004-cü ildə jurnalist Cason Aleksander ilə evlənib, lakin onlar cəmi 55 saat evli qalıblar. Sənətçinin ikinci əri rəqqasə Kevin Federlayn olub: 2004-cü ildə evləniblər, 2007-ci ildə isə boşanıblar. Onların iki oğlu var: 19 yaşlı Şon Preston və 18 yaşlı Ceyden Ceyms.

Samir
 

0