"Ayda 30 min manat xərcləyirəm, məni qane etmir"

MAQAZİN
10:13 / 28.05.2025
98

Model və müğənni Müjgan Ayxanın açıqlaması müzakirələrə səbəb olub.

Sosial şəbəkə hesabında canlı yayım açan ifaçı ona ünvanlanan sualları cavablandırıb.

Onun "Aylıq gəliriniz nə qədərdir?" sualına verdiyi cavab isə izləyiciləri təəccübləndirib:

"Aylıq xərcim 30 min manata gəlib çıxır. İnanmıram ki, bunu qarşılaya bilən olar. Kim 30-un adını eşidirsə, qaçır.

Birini güclə tutub, gətirmişdim, o da getdi. Mənə gələn və xərclədiyim pulun hamısını qeyd edirəm. Bəs etmir mənə, hara gedirsə, onu da bilmirəm". //Milli.Az 

0