Müğənni Nura Suri açıqlaması ilə diqqət çəkib.
"Xəbərin var?"da qonaq olan Nura müğənnilərin şəxsi həyatının müzakirə olunmasına reaksiya verib:
“Müğənni “sevgili” sözünü efirdə deməyə utanır, qorxur, çəkinir ki, haqqında pis fikirləşərlər. Biri deyəndə ki, filankəsin sevgilisi var, onu qınaq obyektinə çevirməyə başlayırlar. Bir sənətçinin şousu, görüntüsü, geyimi, sənəti bir qıraqda qalır. Ancaq onu danışırlar ki, filankəsə bunu dedi, belə hərəkət etdi. Bütün xarici kanallarda müğənnilərin həyatları müzakirə olunur, Ancelina ilə Bred Pitt boşandı, Coni Deppin xanımı ilə məhkəməsi bütün dünyaya göstərildi. Fikrimcə, bu, müzakirə olunası və qınanılası mövzu deyil. Müğənnidirsə, mahnısını bəyənirəmsə, şəxsi həyatında kiminlə nə etdi, kiminlə görüşdü, kiminlə yatdı,bunlar mənə maraqlı deyil”.//Olay.az