"Tac" (The Crown) serialının və "Missiya: Mümkün deyil" (Mission: Impossible) filmin ulduzu Vanessa Kirbi hamilədir.
HİT.az xəbər verir ki, məşhur britaniyalı aktrisa ilk övladını dünyaya gətirməyə hazırlaşır.
Ulduzun hamiləliyi xəbəri Marvelın yeni filmi "Fantastik dördlük: İlk addımlar"ın təqdimat mərasiminə qabarıq qarınla gəlməsi ilə təsdiqlənib.
37 yaşlı aktrisa kamera qarşısında poz verib və qarınına zərifcə toxunub. Səhnədə onu filmdən həmkarı olan Pedro Paskal, Cozef Kvinn və Ebon Moss-Baxrax dəstəkləyib. Lakin Vanessa şəxsi həyatından danışmağı sevmir, ona görə də hələlik hamiləliyin müddətini və gözlənilən uşağın cinsini açıqlamır.
Keçən il məlum olub ki, Kirbi amerikalı lakros oyunçusu Pol Rabil ilə nişanlanıb. Cütlük iki ildən artıqdır ki, münasibətdədir. Hazırda sevgililər ilk uşaqlarını gözləyirlər, lakin rəsmi olaraq heç biri bu mövzunu şərh etmir. Yeri gəlmişkən, kişi əvvəllər idmançı Kelli Berger ilə evli idi, lakin nikahda onların ortaq uşaqları olmayıb.
Samir