650 milyonluq iddiası rədd edildi

MAQAZİN
23:53 / 10.06.2025
79

Nyu-Yorkun Cənub Dairəsinin federal hakimi Lyuis Layman 2024-cü ildə çəkilən "Bizimlə bitir" filmində birlikdə rol almış aktyor Castin Baldoni və aktrisa Bleyk Layvli arasındakı işdə hökm çıxarıb.

ABŞ məhkəməsi Castinin həmkarına qarşı 400 milyon dollarlıq iddiasını rədd edib.

Hakim iddiaları qeyri-kafi və hüquqi cəhətdən əsassız hesab edib. Məhkəmə Layvlinin Baldoni tərəfindən cinsi qısnama iddialarının ifadə azadlığına daxil olduğunu və bu səbəbdən təqibə məruz qalmadığına qərar verib.

Baldoninin "The New York Times"a qarşı 250 milyon dollarlıq böhtan iddiası da rədd edilib. Məhkəmə müəyyən edib ki, nəşrin aktyorlar arasında münaqişə ilə bağlı reportajı hüquqa uyğun çərçivədə yayımlanıb.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Bleyk Layvli Castin Baldonini təqib və böhtan atmağa cəhddə ittiham edərək ona qarşı iddia qaldırmışdı.//Axşam.az 

0