Bu yaxınlarda 8 illik məhkəmə çəkişmələrindən sonra ilk dəfə Ancelina Colidən boşanmasından danışan məşhur amerikalı aktyor Bred Pitt iki övladı ilə əlaqəni kəsir.
HİT.az xəbər verir ki, Mirror nəşrinin yazdığına görə, film ulduzu hal-hazırda 21 yaşı olan oğlu Paksla (Pax) münasibətlərini kəsmək istəyir. Məlumdur ki, gənc yol hərəkəti qaydalarını pozduğuna görə bir çox dəfə avtomobil qəzasına düçar olub və atası ilə uzunmüddətli konfliktləri var.
"Daxili mənbə təsdiq edir ki, Bred Paksla münasibətlərini düzəlməz hesab edir. Aktyor artıq Paksın nə etdiyi və ya etmədiyi ilə maraqlanmır", deyə media yazır.
Həmçinin məlumdur ki, 18 yaşlı qızı Şeylo keçən il aktyorun soyadından imtina edib, bu isə Bredi çox kədərləndirib. Hal-hazırda onlar ünsiyyəti saxlamırlar. Yeri gəlmişkən, daxili mənbələrin sözlərinə görə, Pitt uşaqlarla mürəkkəb münasibətlərdə keçmiş həyat yoldaşını günahlandırır.
"Bred uşaqlarla pozulmuş münasibətlərdə Colini günahlandırır. Lakin başqa bir mənbə onun sadəcə qurban rolunu oynamağa davam etdiyini təsdiq edir", deyə media qeyd edie.
Samir