Qadın xanəndə Almaniyada ev aldı -VİDEO

MAQAZİN
14:35 / 12.06.2025
96
Xanəndə Güllü Muradova xarici ölkədə evi olduğunu bildirib. 
 
O, bu barədə "Rəngarəng" verilişinə qonaq olarkən bildirib. 
 
Muğam ifaçısı vurğulayıb ki, Almaniyada şəxsi mənzili var.
 
O, əvvəl həyat yoldaşı ilə həyət evində yaşayıb. Daha sonra isə binadan ev alıblar. 
 
Xatırladaq ki, Güllü Muradova Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən İkinci Televiziya Muğam Müsabiqəsinin qalibidir. Həyat yoldaşı onun bu müsabiqədə görüb ailə qurub. Cütlüyün iki övladı var. //baku.ws

 
0