Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə cins it sahibləndiyinə görə ünvanına yazılan tənqidlərə sərt cavab verib.
Aktrisa bu barədə sosial media hesabında paylaşım edib.
"Dolceni pulla almamışam. İt sahiblənmək istədiyimi bilən bir dostum onu mənə hədiyyə edib. Digər tərəfdən, evimdə küçədən götürdüyüm 2 pişiyim var. Bu günə qədər sahibləndiyim heyvanlar 18-19 yaşlarını görüblər. Xroniki xəstəliklərinə rəğmən Allahın verdiyi bir güc ilə uzun illər onları yaşada bilmişəm.
Türkiyədə şəkər xəstəliyi olan pişiyini insulin dozası verərək sağ saxlaya bilmiş nadir adamlardan biriyəm. Bunu edə bilmək üçün tibbi biliyə və evə bağlı yaşam sürməyə ehtiyac var. Çünki pişiklərdə şəkər insanlardan fərqli olaraq hər 12 saatdan bir yoxlanılır. Dolcedən əvvəl kor bir itim vardı və onu 18 il yaşatdım, məsuliyyətimdən boyun qaçırmadım. Gözümün gördüyü, əlimin çatdığı hər canlıya mərhəmət və sevgi ilə yaxınlaşdım. Real həyatda tanımayıb televizordan gördüyünüz insanlar haqqında sosial mediada ağlınıza gələn şəkildə fikirlər yazmağınız həmin şəxs yox, sizin haqqınızda məlumat əks etdirir" deyə, Nəsrin qeyd edib.//Axşam.az
