Kraliça Kamilla şahzadə Diananın adını daşıyan çanta ilə yarışlarda iştirak edir

MAQAZİN
22:15 / 21.06.2025
68

Britaniya kraliçası Kamilla şahzadə Diananın şərəfinə adlandırılmış "Lady Dior" çantası ilə Kral Askot (Royal Ascot) at yarışlarında görünüb. 

HİT.az bu barədə WWD portalına istinadən xəbər verir.

III Çarlzın həyat yoldaşı dizayner Anna Valentin tərəfindən hazırlanan ağ paltarla ictimaiyyət qarşısına çıxəıb. Geyimini Kraliça II Elizabetə məxsus "Moruq çəyirdəyi" (Raspberry Pip) broşu və Filip Treysinin hazırladığı lələkli papaq tamamlayıb. Görünüşü isə şahzadə Diana şərəfinə adlandırılmış ağ "Lady Dior" çantası tamamlayıb.

Martın sonunda Bukingem sarayının mətbuat xidməti III Çarlzın xərçəng müalicəsinin "yan təsirləri" səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Bununla əlaqədar 27-28 mart tarixlərində planlaşdırılan bütün qəbullaşmalar ləğv edilmişdi. Lakin qısa müşahidədən sonra monarxı Londondakı Klarens Haus (Clarence House) rezidensiyasına buraxıblar.

Bundan əvvəl III Çarlz və Kamilla tacqoymadan sonra ilk dəfə İtaliyaya səfər etmişdilər. Cütlüyün tacqoymadan sonra İtaliyaya ilk səfəri çərçivəsində onlar Roma və şimaldakı Ravenna şəhərini ziyarət ediblər. Böyük Britaniya kralı və kraliçası ölkədə dörd gün sərf etməyi planlaşdırırdı. Bildirilir ki, 9 apreldə III Çarlz və Kamilla, İtaliya Prezidenti Serco Mattarella tərəfindən Kvirinal sarayında (Quirinale Palace) verilən dövlət ziyafətində iştirak edərək evliliklərinin 20-ci ildönümünü qeyd edəcəklər.

Samir
 

0