Bloger Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.
Buna səbəb Oqtayın aliment ödəməməsi və onun sosial şəbəkədə canlı yayımda Ayseli tənqid etməsi olub. Bloger bu dəfə məhkəmə qərarını paylaşıb və ondan razı qalmadığını bildirib:
"Mənə qarşı yönəlmiş böhtan və mənfi ictimai rəy yaratma cəhdlərinə baxmayaraq, hüquqi mübarizəmi davam etdirirəm. Qarşı tərəf ifadələrində Ayselin adını çəkmədiyini bildirsə də, bu şəxsin söylədikləri açıq şəkildə mənə ünvanlanıb. Məhkəmə qarşı tərəfin adımı çəkmədiyini əsas götürərək qərar çıxarsa da, mən bu qərarla razı deyiləm və Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəyəm. Mən bu məsələni burada bağlamıram. Sona qədər gedəcəyəm.
Qarşı tərəfin "Mən Ayselin adını çəkməmişəm" deməsi məsuliyyətdən yayınmaq cəhdidir və bu ifadələr sadəcə formal bir müdafiədir. Hər kəs nə dediyini və hansı məqsədlə söylədiyini çox gözəl bilir.
Bu da qarşı tərəfin ifadəsi: qeyd edir ki, instaqram və TikTok-da heç bir zaman mənimlə bağlı paylaşım etməyib. Dediklərin başqası haqqında deyib, mənim haqqımda deməyib. Guya, videolarda başqa Aysel haqqında danışırmış, mən yox. Bu gün də məhkəmədə dediklərin təkrarladı və əlavə etdiki o öz üstünə götürübsə, mənim problemim deyil.
Sadəcə, gülürəm. İnsan gərək döyüşəndə belə kişi kimi döyüşsün".
Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Aysel və Oqtay dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. //Axşam.az