Xalq artisti Nazpəri Dostəliyeva qəribə hobbisindən danışıb.
Axşam.az xəbər verir ki, müğənni bu haqda "Afaqla 10-lar" verilişində danışıb. İfaçı bildirb ki, getdiyi otellərin açarlarını özü ilə götürür:
"Neçə ölkədə, hansı oteldə olmuşamsa otağın qapısını açan kartları özümlə götürmüşəm. Onları yığıram, mənim hobbimdir, onları yığıram. Hətta İtaliyada qalanda qapı açarla açılırdı, götürdüm".
N.Dostəliyeva eyni zamanda ətir yığmaq hobbisi olduğunu da deyib.