Emin Ağalarov və Alyona barışıb? (FOTO)

MAQAZİN
12:18 / 29.05.2020
2722

Xalq artisti Emin Ağalarov ayrıldığı həyat yoldaşı Alyona Qavrilova eyni mənzərəni əks etdirən foto paylaşıb.

HİT.Az Sonxeber.az-a istinadla bildirir ki, bir müddət əvvəl ikinci həyat yoldaşından ayrıldığı deyilən Emin Ağalarov və onun keçmiş həyat yoldaşı Alyona eyni məzmunlu foto paylaşıb. Belə ki, məkanlar fərqli olsa da, keçmiş cütlük İnstaqramda velosipeddə eyni foto paylaşmaqla diqqət çəkib. Bu cütlüyün barışma ehtimalını göz önünə gətirən məqamlardandır.

Qeyd edək ki, Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilovadan ayrılıb. O, bu barədə şəxsi instaqram hesabında paylaşım edərək məlumat verib. Cütlük 2018-ci il iyul ayında ailə qurub və bu onların hər ikisinin ayrılıqda ikinci nikahı olub.

 

 

0