Doqquz illik münasibətdən sonra ayrıldılar

MAQAZİN
16:16 / 25.06.2025
58

Müğənni Keti Perri və aktyor Orlando Blum doqquz ildən sonra münasibətlərinə son qoyublar. 

HİT.az xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.

Tabloidin xəbərinə görə, Orlando Blum milyarder Ceff Bezos və jurnalist Loren Sançesin toyunda "subay" statusunda iştirak edəcək. Nəşrə danışan mənbə bildirib ki, Hollivud aktyoru tədbirdə rəqs meydanında doyunca əylənməyi planlaşdırır. Mənbənin sözlərinə görə, o, mərasimdən sonra gecəni həmkarı Leonardo Di Kaprio ilə birlikdə barda davam etdirə bilər.

“Toyun qonaqlarının 90 faizi darıxdırıcı insanlardır, lakin 10 faizi - Orlando, Leo və Ceff daxil olmaqla - çox əyləncəlidir. Bu, əla ziyafət olacaq”, deyə insayder vurğulayıb.

Keti Perri isə tədbirdə iştirak etməyəcək. Hazırda o, Avstraliyada səfər çərçivəsində konsertlər verir.

Cütlüyün ayrılığı ilə bağlı ilk söz-söhbətlər bir neçə həftə əvvəl yayılmışdı. Həmin vaxt "Page Six" nəşri bildirmişdi ki, məşhurlar müğənninin turu başa çatdıqdan sonra münasibətlərinin bitdiyini elan edəcəklər.

Keti Perri və Orlando Blum 2016-cı ildən bəri münasibətdə idilər. Onlar 2019-cu ildə nişanlandıqlarını açıqlamışdılar. Cütlük bir neçə ay ayrı qalsa da, daha sonra yenidən barışmışdı. 2020-ci ilin avqustunda onların qız övladı dünyaya gəlib. Onlar qızlarına Deyzi Dav adını veriblər.

Orlando Blum həmçinin keçmiş "Victoria's Secret" modeli və biznesmen Mi­randa Kerr ilə birlikdə olan oğlu Flinni də böyüdür. Cütlük uşağın doğulmasından iki il sonra ayrılıb, lakin dostluqlarını qoruyub saxlayıblar.

Samir


 

0