Azərbaycanlı gənc müğənni Şahin İmaməliyev "TV-8" də yayımlanan "Yetenek Sizsiniz Türkiye" müsabiqsinə qatılıb.
O, birinci turu dörd "hə" cavabı ilə uğurla tamamlayıb. Şahin İmaməliyev ikinci tura vəsiqə qazanıb.
"Həyatımın ən unudulmaz anlarından idi. Qeydiyyatdan dostum keçib, videomu göndərib. Beləliklə mesabiqəyə dəvət aldım. 4 münsifdən də "hə” cavabı almaq istəyirdim. Arzum reallaşdı. Növbəti turu həyəcanla gözləyirəm", deyə ifaçı bildirib.//Musavat.com