Snoop Dogg: "Pavel, sən uşaq sahibi olmursan, balalı it kimi nəsil artırırsan"

MAQAZİN
17:28 / 01.07.2025
60

Amerikalı reper Snoop Dogg "Telegram" platformasının yaradıcısı Pavel Durova sosial şəbəkədə müraciət edərək, onun uşaq sayını artırmasını "balalı it kimi nəsil törətməsini" adlandırıraq tənqid edib. 

HİT.az xəbər verir ki, bu barədə "Kod Durova" resursu məlumat yayıb.

"Qardaş, sən uşaq sahibi olmursan, balalı it kimi nəsil artırırsan. Bir az yavaşla", deyə reper zarafatla bildirib.

Snoop Dogg bu ifadəni ironik şəkildə səsləndirsə də, Durov ona eyni tonda cavab verib. "Dogg başa düşmək üçün, gərək özün də dogq olasan", deyə yazaraq müzakirəni "Telegram"da davam etdirməyi təklif edib və reperə bu mövzuda məsləhətlər verməyə hazır olduğunu bildirib.

2024-cü ilin iyul ayında Pavel Durov öz "Telegram" kanalında anonim donorluq yolu ilə 12 ölkədə 100-dən çox uşağın atası olduğunu açıqlayıb. O bildirib ki, bu proses 16 il əvvəl yaxın bir dostunun övlad sahibi ola bilməməsi səbəbilə ondan biomaterial verməsini xahiş etməsilə başlayıb. Klinika əməkdaşları isə ona “nadir və yüksək keyfiyyətli donor materialına” sahib olduğunu bildiriblər və bu səbəbdən daha çox sperma verməyin onun vətəndaşlıq borcu olduğunu söyləyiblər.

2025-ci ildə Durov öz uşaqları ilə bağlı vəsiyyət yazdığını da elan edib: "Qərara gəldim ki, uşaqlarım mənim sərvətimə ən tez 30 ildən sonra çıxış əldə edə bilsinlər. İstəyirəm ki, adi insanlar kimi yaşasınlar, öz həyatlarını özləri qursunlar, özlərinə güvənməyi öyrənsinlər, yaradıcı olsunlar, banka hesabına bağlı qalmasınlar".

Samir
 

0