Məşhur aktyor Uimbldon matçı zamanı yuxuya getdi

MAQAZİN
22:36 / 10.07.2025
47

Məşhur aktyor Hyu Qrant Uimbldon Tennis Turnirində Novak Cokoviçin oyunu zamanı tribunada yatarkən görüntülənib. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

64 yaşlı Qrant Cokoviç və italiyalı Flavio Kobolli arasında keçirilən 1/4 final matçında "Royal Box"da yuxuya gedib. Orda aktyordan başqa digər məşhurlar, həmçinin onun həyat yoldaşı Anna və Böyük Britaniya kraliçası Kamilla da olub.

3 saat 13 dəqiqə davam edən görüşdə Cokoviç qalib gəlib - 6:7 (6:8), 6:2, 7:5, 6:4. O, yarımfinalda digər italiyalı Jannik Sinnerlə qarşılaşacaq.

Uimbledon mövsümün üçüncü Böyük Dəbilqə turniridir. Bu il iyunun 30-da başlayıb və iyulun 13-də başa çatacaq.

Samir

0