Selena Qomezin toyu niyə təxirə salınıb? - Nişanlısı açıqladı

MAQAZİN
23:13 / 14.07.2025
47

Musiqi prodüseri Benni Blanko "Therapuss With Jake Shane" podkastında müğənni Selena Qomezlə toylarını təxirə saldıqlarını açıqlayıb. 

HİT.az xəbər verir ki, bu barədə "Elle" məlumat yayıb.

Benni Blanko bildirib ki, onun və sevgilisinin toy təşkil etməyə qətiyyən vaxtı yoxdur. Musiqi prodüserinin sözlərinə görə, o, Selena Qomezlə bu yay bayram keçirməyi planlaşdırır.

"İkimiz də işimizlə həddən artıq yüklənmişik. Əvvəlcə nişanlandıq, sonra albom üçün kliplər çəkdik, sonra bayramlar başladı, sonra promo, sonra Selena "Yalnız Binada Cinayətlər" serialının çəkilişi üçün getdi, sonra bir-birimizi sözün əsl mənasında bir həftə gördük, sonra yenidən promo, sonra yeni kitab yazmağa başladım... Ümumiyyətlə, heç vaxt yox idi. Amma bu yayda hər şeyi mütləq müzakirə edəcəyik və çox xoşbəxt olacağıq", deyə o bildirib.

Musiqi prodüseri etiraf edib ki, Selena Qomezlə evdə vaxt keçirməyi xoşlayır. Blanko bütün günü televizorda nəsə izləyə və yeyə biləcəklərini bildirib.

Dekabrın 12-də Selena Qomez musiqi prodüseri və müğənni Castin Biberin keçmiş dostu Benni Blanko ilə nişanlandığını elan edib. Pop müğənni "Instagram"da sevgilisinin ona hədiyyə etdiyi üzüklə şəklini yerləşdirib. Zərgərlik parçası böyük markiz kəsilmiş almazla bəzədilib.

Samir

0