Sara Cessika Parker Nikolas Keyclə romantik şayiələrə cavab verdi

MAQAZİN
20:20 / 15.07.2025
66

“Böyük Şəhərdə Seks” serialının ulduzu aktrisa Sara Cessika Parker Nikolas Keyclə olan romantik əlaqəsi ilə bağlı şayiələri təsdiqləyib.

HİT.az xəbər verir ki, bu barədə "Page Six" yazıb.

Parker "Watch What Happens Live" verilişində 1991-ci ildə "Veqasda Bal Ayı" komediyasının çəkilişləri zamanı həmkarlı ilə münasibət yaşadığını etiraf edib: "Hə, onunla görüşdüm".

Lakin aktrisa münasibətin detallarını açıqlamayıb.

Sara Cessika Parker 1997-ci ildə aktyor Mettyu Broderiklə evlənib. Cütlüyün Ceyms adlı oğlu və suroqat ana vasitəsilə dünyaya gələn Marion və Tabita adlı qızları var.

Samir

0