Mənzurə Musayeva həmkarından evlənmək təklifi alıb, hələ fikirləşir

MAQAZİN
14:28 / 16.07.2025
92

Müğənni Mənzurə Musayeva ailə qurmağa hazırlaşır.

Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Sənətçi ona evlilik təklifinin həmkarından gəldiyini açıqlayıb:

"Müğənnidir. Təklif elədi ki, gəl ailə quraq. Mən də yox demədim, fikirləşirəm. Düzü, bir az tərəddüd edirəm, alınar-alınmaz, yaxşı olar, yoxsa pis... Qarşıda hələ iki ay var, Məhərrəmlik bitsin, sonra görüşüb qərar verəcəyik”.

Mənzurə Musayeva ərə gedəcəyi müğənninin adını açıqlamaq istəmir:

"Hələ tezdir. Deyir toy edək, deyirəm nə toy? Toy mənlik deyil. Toy bir dəfə olar. Əgər evlilik alınsa, yığıncaq olacaq”.

0