Əməkdar artist Ruhəngiz Allahverdiyeva sürücüsünün ona qarşı dələduzluq etdiyini deyib.
Axşam.az xəbər verir ki, müğənni bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, sürücüsü onun pullarını mənimsəyib:
"Bu gün nələr itirdim. Sürücüm maşınımı vurdu. Pul borc verdim, yedi. Çox şeylər etdi mənə. Onu Allaha tapşırmışam. Allah cəzasını verəcək. Qəlbim o qədər təmizdir ki, o, cəzasını çəkəcək".