Aktrisa ad günündən danışdı: "Maraqlı hədiyyələr aldım"

MAQAZİN
11:30 / 22.07.2025
101

"Doğum günüm əla keçdi".

Bu sözləri tanınmış aktrisa Leyla Babayeva Hit.az-a açıqlamasında deyib. 

O qeyd edib ki, həftəsonu yeni yaşını çox möhtəşəm şəkildə qarşılayıb:

"Bu il bir az fərqlilik oldu. Bu dəfə doğum günü yığıncağıma daha az adam gəldi, cəmi 30 nəfər var idi. Keçən il isə 56 nəfər qonaq gəlmişdi". 

Aktrisa bunun səbəbindən də bəhs edib:

"Mən hər il ad günümü təntənəli şəkildə keçirməyi sevirəm. Hətta indiyə kimi 1 ay əvvəlcədən hazırlıqlara başlayırdım. Dekor, stol, stul, qab-qacaq hamısını özüm təşkil edirdim. Məsələn, keçən il ad günümü bağda qeyd etmişdim. Müğənnilərə kimi özüm danışmışdım. 

Amma bu dəfə hamısını cəmi 1 günün içində etdim. Doğum günümə 1 gün qalmış restoranı danışdım. Yəqin ki, yaş irəlilədikcə insan dəyişir. Qonaqları da 1 gün qalmış dəvət etdim. Ona görə gələnlər də oldu, gəlməyənlər də". 

Leyla Babayeva bəzi dostlarını "ələkdən keçirdiyini" söyləyib:

"Musiqi, əyləncə hamısı yerli-yerində idi. Hər şey yüksək səviyyədə oldu. İnsanın ildə bir dəfə doğum günü olur. Yəni ildə bir dəfə insan dostlarını "ələkdən" keçirir. Kim o "ələkdə" qalırsa, deməli həqiqətən də əsl dostlardır". 

Sənətçi maraqlı hədiyyələr aldığını da etiraf edib:

"Daha çox ad günümə gələ bilməyənlər hədiyyə göndərdi. Hətta gözləmədiyim insanlardan belə hədiyyələr aldım. Bəlkə də çox uzun müddətdir əlaqəmin olmadığı insanlar  hədiyyə göndərdilər. Buna çox təəccübləndim. Mən həmişə diqqət sevirəm, çünki özüm də diqqət göstərən insanam.

Ad günümdə maraqlı anlar da oldu. Deməli, rəfiqələrimdən biri ümumiyyətlə hədiyyə gətirmədi, biri isə cəmi 30 manat pul verdi. Bunlar da çox gülməli anlar kimi yaddaşımda qaldı".

Pərviz

1