Xaricilərə olar, bizimkilərə yox?

MAQAZİN
14:32 / 30.07.2025
147

Tanınmış müğənni Nigar Camalın səhnə geyimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kimisi onun geyimini tənqid edir, milli mentalitetə uyğun olmadığını iddia edir, kimisi isə bu tip geyimi səhnə üçün normal hesab edir. 

Nigar Camalın da qeyd etdiyi kimi, xanım müğənni səhnə adamıdır, səhnə isə geyim, performans baxımından fərqlilik tələb edir. O da öz düşüncəsində həmin geyimi normal hesab edib, səhnəyə də o cür çıxıb, burda qəbahətli heç nə yoxdur. 

Demək olar ki, məşhur dünya ulduzları belə səhnəyə qapalı geyimdə çıxmır və Azərbaycan izləyiciləri də həmin xarici müğənniləri cəsarətli geyim, səhnə performansına görə təqdir edir, hətta “bizimkilər belə etməz” deyə təəssüflənirlər. 

Belə olan halda, sual yaranır, niyə xariciyə olar, özümüzünkünə yox? Nə vaxta qədər başqalarına baxıb, həsəd aparacağıq, ancaq öz müğənnilərimizi isə daş-qalaq edəcəyik? 

O məlumdur ki, Nigar Camal onu qınayanlardan fərqli olaraq, Azərbaycanın adını beynəlxalq yarışda zirvəyə ucaldıb.

Sevinc

0