Tərlan Novxanı yeni klipini neçəyə çəkdirib?

MAQAZİN
14:06 / 14.08.2025
52

"Düşünürəm ki, yeni "Badi səba" adlı klipim uğurlu olacaq". 

Bu sözləri Hit.az-a açıqlamasında məşhur müğənni Tərlan Novxanı Özbəkistanın Əməkdar artisti Uluqbek Raxmatullayev ilə oxuduğu "Badi səba" dueti ilə bağlı danışarkən deyib. 

O bildirib ki, sözügedən klip haqqında indidən nə isə demək üçün hələ tezdir:

"Klip hələ yeni nümayiş olunub. Bu səbəbdən hələlik konkret bir söz deyə bilmərəm. Lakin bir neçə aydan sonra bu barədə danışmaq olar. 

Əslində, hazırda Məhərrəmlik ayının olması da kliplərin izləməsinə təsir edir. Yəni insanlar o qədər də mahnılara qulaq asmırlar. Ümumiyyətlə, son zamanlarda hit olan mahnı demək olar ki, yoxdur. Xüsusilə, "YouTube"da trend bölməsi ləğv olunandan sonra səs-küyə səbəb olan mahnı qarşıma çıxmır". 

Sənətçi klipin neçəyə başa gəldiyini də söyləyib:

"Klipin çəkilişlərinə təxminən 12 min manat xərcimiz çıxdı. Həmçinin, gedib-gəlməyə və neçə gün Özbəkistanda qalmağa da əlavə pulumuz getdi. Ümumi hesabla klipin ərsəyə gəlməsi 14-15 min manata başa gəldi".

Tərlan Novxanı inanır ki, "Badi səba" klipi özünü doğruldacaq:

"Çünki iş olaraq mükəmməl bir klip çəkildi. İnşallah yaxın gələcəkdə uğurlu olacaq. Yaxşı işlərin uğurlu nəticəsi həmişə olur. Ona görə də "Badi səba" duetimizin nəticə verməyəcəyinə inanmıram". 

Pərviz

0