Aktrisa Sarah Cessika Parker onu məşhurlaşdıran "Sex and the City" ("Seks və Şəhər") serialını tənqid edənlərə cavab verib.
HİT.az xəbər verir ki, "The New York Times" ilə söhbətində o, layihənin uğuruna görə tənqidçilərə məhəl qoymadığını söyləyib.
60 yaşlı ulduz fikirlərini bölüşüb: "Maraqlı və doğru hekayələr danışmaq üçün hər zaman inanılmaz dərəcədə çalışmışıq. Düşünürəm ki, bu tənqidlər məni maraqlandırmır. Və əhəmiyyət verməməyimin səbəbi şounun böyük uğur qazanması və tamaşaçılarla əlaqəsinin çox mənalı olmasıdır".
"Seks və Şəhər" teleserialı 1998-2004-cü illərdə yayımlanıb, ssenari Kandas Bushnellin eyniadlı kitabı əsasında hazırlanıb. Serial başa çatdıqdan sonra iki tammetrajlı film, bir gənclik prequel seriyası və üç mövsümlük və bu yaxınlarda dayanan "Və elə bu kimi" serialı çəkilib. Bir gün əvvəl Parker 27 il canlandırdığı Kerri Bredşou obrazı ilə vidalaşıb.
Samir