Şeron Stoun özündən 17 yaş kiçik məşhurla sevgilidir?

MAQAZİN
23:34 / 19.08.2025
41

Hollywood aktrisası Şeron Stoun özündən 17 yaş kiçik məşhur repçi ilə görüşüb.

HİT.az xəbər verir ki, bu barədə "New York Post" yazıb.

Şeron Stoun Andi Kohenin "Watch What Happens Live" verilişində reper Nelli ilə romantik münasibətləri barədə şayiələrə cavab verib. Aktrisa bildirib ki, bir dəfə reper ilə görüşüb. Lakin məşhur qeyd edib ki, onların ikinci görüşü olmayıb.

Şeron Stoun 2001-ci ildə insult keçirmişdi və həkimlər onun həyatını çətinliklə xilas etmişdilər. Aktrisa bildirmişdi ki, mürəkkəb əməliyyatdan sonra onun sağalacağına az adam inanıb. Həmçinin, "Əsas instinkt" filminin ulduzu uşaqlıqdan şəkərli diabet xəstəliyindən əziyyət çəkir və insulin müalicəsi alır. Lakin aktrisanın sözlərinə görə, sağlamlıq problemləri onu heç vaxt idmanla məşğul olmaqdan dayandırmayıb. Hal-hazırda Stoun aktiv şəkildə pilates və yoqa ilə məşğul olur, həm də qidalanmaya diqqətlə nəzarət edir və spirtli içki qəbul etmir.

Şeron Stoun həm də üş övladlığa götürdüyü oğlan – Roen, Lerd və Kvinnin tərbiyəsi ilə məşğul olur.

Qeyd edək ki, Şeron Stoun 67 yaşı var.

Samir

0