Sofi Turner "Taxt Oyunları"ndakı həmkarı Kit Herrinqtonla öpüşməsini "iyrənc" adlandırıb.
HİT.az xəbər verir ki, bu barədə "Independent" yazıb.
Sofi Turner qorxulu "The Terror" filmində (onlar orada sevgili cütlüyü canlandırıblar) çəkiliş zamanı Kit Herrinqtonla öpüşməyin ona xoşagəlməz olduğunu danışıb. Aktrisanın sözlərinə görə, buna səbəb "Taxt Oyunları" serialında (onlar orada qardaş və bacı rollarını oynayıblar) işləyərkən aralarında yaranan "qohumluq münasibətləri" olub. Bununla belə, Turner bildirib ki, qorxu filmində rol üçün məhz o, Herrinqtonu tövsiyə edib, lakin bu zaman onların çoxlu yaxınlıq səhnələri olacağını bilməyib.
"Ssenarini Kitə göndərdim, o isə təxminən belə bir mesaj göndərdi: "Bəli, mən məmnuniyyətlə qəbul edərəm, amma bu, lənətlənmiş rol qəribə olacaq, Sofi". Mən isə başa düşə bilmirdim ki, o nə danışır. Sonra ssenarini oxudum və orada öpüşmələr, intim yaxınlıq var idi. Və fikirləşdim: "Aman Allahim, bu mənim qardaşımdır!", deyə aktrisa qeyd edib.
Nəticədə, Sofi Turner və Kit Herrinqton ssenari "yaxşı olduğu üçün" filmdə çəkilməkdən imtina etməyiblər: "Hamısını başımızdan çıxardıq, sonra isə çəkiliş meydançasına gəldik və ilk öpüşmə səhnəsi, ikimizin də ürəyimiz bulanmışdı. Sadəcə dəhşətli idi, bu elə iyrənc idi".
Samir