Məşhur tennisçi ilə müğənninin dördüncü övladı olacaq

MAQAZİN
17:17 / 27.08.2025
49

Məşhur tennisçi Anna Kurnikova və müğənni Enrike İqlesias dördüncü dəfə valideyn olmağa hazırlaşırlar. 

HİT.az xəbər verir ki, bu barədə "Hola!" jurnalı yazıb.

Cütlüyün yaxın ətrafından olan bir mənbə bildirib ki, idmançı və müğənninin ailəsindəki bu artım ilin sonunda baş verəcək. Mənbəyə görə, Anna Kurnikova hamiləliyin dördüncü və ya beşinci ayındadır. Mənbə həmçinin qeyd edib ki, tennisçi özünü yaxşı hiss edir. Məşhurların özləri isə hələ ki, dördüncü uşaq barədə söz-söhbətləri şərh etməyiblər.

Keçən həftə Anna Kurnikova Mayamidə Enrike İqlesiasdan olan üç uşağı - Nikolas və Lusi adlı əkizlər və 5 yaşlı Meri ilə birlikdə küçədə görülüb. İdmançı bol ağ sviter və qara şort geyinib. Bu hadisədən sonra internetdə tennisçinin hamiləliyi barədə söz-söhbətlər yayılmağa başlayıb.

Kurnikova 2001-ci ildən etibarən müğənni Enrike İqlesiasla münasibətdə idi. Onlar "Escape" mahnısının klipinin çəkilişi zamanı tanış olublar, lakin 20 ildən çox rəsmi olaraq nikah bağlamayıblar. 16 dekabr 2017-ci ildə Kurnikova və İqlesias əkizlərin - oğlan Nikolas və qız Lusi valideynləri olub. 30 yanvar 2020-ci ildə isə ailədə bir qız uşağı dünyaya gəlib və ona Mariya adı verilib. 2023-cü ildə məlum olub ki, cütlük gizli şəkildə evlənib. Bunu müğənninin qardaşı Xulio təsdiqləyib, lakin özləri mərasim barədə heç nə deməyiblər.

Samir

0