Teylor Sviftin toyu necə olacaq?

MAQAZİN
22:25 / 28.08.2025
39

Müğənni Teylor Svift və futbolçu Trevis Kelsi "kral toyu" keçirməyəcək. 

HİT.az xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.

Cütlüyün ətrafının insayderi bildirib ki, Teylor Svift və Travis Kelsi ailəsi və yaxın dostları ilə özəl mərasim keçirməyi planlaşdırırlar. Tabloidin həmsöhbəti qeyd edib ki, tədbir ictimaiyyətin gözlədiyi qədər formal və təmtəraqlı görünməyəcək. Məşhurların özləri qarşıdan gələn bayramın təfərrüatlarını hələ açıqlamayıblar.

Avqustun 26-da Travis Kelsi və Teylor Svift nişanlandıqlarını elan edib. Cütlük "Instagram"da qucaqlaşıb əl-ələ tutduqları fotosunu yerləşdiriblər. Futbolçu sevgilisinə "Artifex Fine Jewelry" salonunda dizayner Kindred Lubek ilə birlikdə hazırladığı üzüyü hədiyyə edib. İdmançı qızıl lent üzərində köhnə kəsilmiş brilyant olan parça seçib.

Samir
 

0