Cənubi Koreya polisi müğənni Psy (əsl adı Park Jae Sang) barəsində araşdırmalara başlayıb.
HİT.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
İstintaq Seuldakı Seodaemun-gu polis bölməsinin əməkdaşları tərəfindən aparılır. Park Jae Sang tibbi qanunları pozmaqda şübhəli bilinir. İstintaq hesab edir ki, müğənni qeyri-qanuni olaraq üçüncü şəxslər vasitəsilə narahatlıq və depressiyanı müalicə etmək üçün dərman reseptləri alıb.
İddia olunur ki, PsY dərmanlar üçün resept almaq üçün tibb müəssisələrinə getməyib. Park Jae Sangın həkimi bu xəbərləri təkzib edib. O, sənətçinin uzaqdan müalicə olunduğunu bildirib.
Psy-nin "P Nation" agentliyinin nümayəndələri bildiriblər ki, müğənniyə xroniki yuxu pozğunluğu diaqnozu qoyulub. Onların sözlərinə görə, musiqiçi yuxu dərmanlarını həkiminin təyin etdiyi kimi qəbul edir.
"Amma bəzi hallarda onun adından dərmanı üçüncü şəxslərin almasına baxmayaraq, etibarnamə ilə heç bir resept alınmayıb", deyə agentlik bildirib.
Park Jae-sang 2012-ci ildə "Gangnam Style" mahnısına klip çəkdirdikdən sonra dünya şöhrəti qazanıb.
Samir